Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

image-37a8f792-959d-3e7e-ae31-2a2de08aae2a_850backend

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Busaat.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə “Atalanta” İtaliyada Fransanın “Marsel” kollektivini qəbul edəcək.

Komandalar arasındakı ilk matçda heç-heçə qeydə alınıb – 1:1.

İtaliyanın digər təmsilçisi “Roma” Almaniyada “Bayer 04″ün qonağı olacaq. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələyib.

UEFA Konfrans Liqasında isə ikinci finalçının adına aydınlıq gələcək. İngiltərədə “Aston Villa”nı 4:2 hesabı ilə məğlub edən “Olimpiakos” Yunanıstan da uğurlu çıxış etməyə çalışacaq. Cütün qalibi finalda “Fiorentina” (İtaliya) ilə üz-üzə gələcək.

Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki