Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.94 $▼2.74%
  • WTI neft83.89 $▼1.00%
  • Avropa qazı (TTF)83.55 €▼2.26%
  • Təbii qaz (ABŞ)3.189 $▲0.85%
  • Qızıl3 767 $▼0.54%
  • Gümüş45.61 $▼0.44%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.00 ¢▼0.54%
  • Bitcoin64 112 $▼1.17%
  • Ethereum1 797 $▼1.42%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İqtisadiyyat

"Bu hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz” - Zahid Oruc

image-azal2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırkı idarəçilik modeli dəyişməlidir”.

Busaat.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.

O qeyd edib ki, Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat vasitəsi olan AZAL-ın biletlərinin qiyməti inhisarçı şirkətin vətəndaşlara ağır maliyyə yüküdür: “Eləcə də Hesablama Palatasının apardığı son auditdən göründüyü kimi, şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir. Müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan kompaniyanın vəziyyətinə diqqət yetirin.

Auditdən sitat: Kovidlə bağlı dövlətin göstərdiyi yardımın 35,3 milyon manatı əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli, lüzumsuz ödənişlər və cərimələr, qabaqcadan təsdiqlənən bölgüyə aid olmayan istiqamətlərə xərclənib. Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir.

Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə-Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də, Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz”, – deyə Zahid Oruc vurğulayıb.(qafqazinfo)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90952