Bu il Azərbaycana nə qədər maşın gətirilib? – STATİSTİKA

image-1700724937_16720522946254160350_1200x630backend

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən idxal olunan avtomobillərin sayı açıqlanıb.

Busaat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 9 ayda xaricdən ölkəmizə 67453 ədəd minik avtomobili gətirilib. Bu maşınlara ümumilikdə 1.091.749.400 ABŞ dolları xərclənib

Bundan başqa, 89 ədəd avtobus, 5062 ədəd yük avtomobili də Azərbaycana idxal olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki