Bu il dollara tələb artıb

image-1709196156179705047565e0437cb6227backend

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 16 valyuta hərracında 1 milyard 287.7 milyon ABŞ dolları satılıb.

Busaat.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfəçoxdur. Belə ki, ötən ilin yanvar-fevral aylarında keçirilən valyuta hərraclarında banklara 545 milyon ABŞ dolları satılıb.

Cari ilin fevral ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 870.6 milyon dollar təşkil edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki