Çilidə zəlzələ baş verib.
Busaat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ 5 bal gücündə olub.
Zəlzələnin episentrinin təxminən 143 min nəfər əhalisi olan Kəlama şəhərindən 70 kilometr cənub-şərqdə yerləşdiyi bildirilir.
Qeyd olunub ki, şəhər ölkənin şimal hissəsinin daxili hissəsində yerləşdiyindən zəlzələ sunami təhlükəsi yaratmayıb.