Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.16 $▼0.30%
  • WTI neft85.76 $▲0.11%
  • Avropa qazı (TTF)83.24 €▲1.11%
  • Təbii qaz (ABŞ)3.257 $▲1.37%
  • Qızıl4 081 $▼1.05%
  • Gümüş52.39 $▼1.62%
  • Pambıq82.47 ¢▲4.71%
  • Buğda589.75 ¢▲0.17%
  • Bitcoin74 200 $▼1.41%
  • Ethereum2 091 $▼1.92%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Bu tarixdən siqaret kəskin BAHALAŞACAQ

image-1653071678_1653065174_2021-11-01-14-23-17nlj2jajyhmic0ikecrs0_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Daxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağın gözlənilmir. Bu isə daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təzyiq göstərəcək faktor ola bilər.
Busaat.az xəbər verir ki, Millət vəkili Müşfiq Cəfərov Bakupost.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyət tütün məhsullarının qiymət artımına gətirib çıxaracaq:

“Heç kim proqnoz verə bilmir ki, müharibə nə zaman dayanacaq. Bütün ölkələrdə olduğu kimi bizdə də tütünlə bağlı tədarük azalır. Böyük ehtimalla biz başqa tütün istehsal edən ölkələrə müraciət edəcəyik. Məsafədan asılı olaraq daşınma xərcləri çox olduğu üçün qiymət fərqliliyi, yəni bahalaşma ola bilər. Ümumiyyətlə satışda tütün məhsulu tapmamaq ehtimalı da gündəmdədir. Mövcud vəziyyətdə bütün bunlar tütün məhsullarının qiymət artımına gətirib çıxaracaq.

Düşünürəm ki, digər məhsullarda olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi daxili bazarın tələbatını ödəmək məqsədilə tütün məhsullarının əkilməsi ilə məşğul olan fermərlərə müəyyən imkanlar yaratmalıdırlar. Əlbəttə, siqaret elə bir zərərli vərdişdir ki, insanlar bunu tərgitmək üçün çalışsalar, daha yaxşı olar. Həm maddiyyat, həm də insan sağlamlığına ziyandır. Bu baxımdan tütünə olan tələbatımızı da azaltmaq daha faydalıdır. Məlumdur ki, bunu birdən etmək mümkün deyil. Amma istənilən halda bahalaşma olan məqamlarda tütündən uzaq durmaq daha məqsədəuyğundur”.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77783