Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Bu zavodun rəisi cərimələndi - Fotolar

image-11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Havanı kim çirkləndirir?” aksiyası çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən olunub.

Bu barədə Busaat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı “15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Musa Cəbiyev barəsində protokol tərtib olunub  və o, vəzifəli şəxs qismində cərimə edilib. Zavoddakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün M.Cəbiyevə məcburi göstəriş verilib.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111857