Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

Büdcədən koronavirusla bağlı ayrılacaq pullar - RƏSMİ + MƏBLƏĞ

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Busaat.az xəbər verir ki, bununla bağlı Azərbaycanın 2020-ci il dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan layihənin izahatında yazılıb.

Pandemiya ilə bağlı dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat ayrılması proqnozlaşdırılır.

Koronavirus infeksiyasının yayılması ilə bağlı iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon manat xərc çəkiləcək.

Səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat vəsaitin xərclənəcəyi də proqnozlaşdırılır. Bu məbləğ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş Tədris Cərrahiyyə Klinikasının və Tədris Terapevtik Klinikasının, Mərkəzi Neftçilər Xəstəxanasının, yeni tikilən modul tipli xəstəxanaların saxlanılmasına yönəldiləcək.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq. (Oxu.az)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=14074