Bulvarda skuterlərə qadağa qoyuldu – SƏBƏB

image-photo_205044backend

Skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğundan bu nəqliyyat vasitələrinin Dənizkənarı Bulvarda istifadəsinə dünəndən qadağa qoyulub.

Busaat.az xəbər verir ki, bu barədə DənizKənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil.

Qeyd edək ki, son 2 ildə Bakıda elektrik skuterlərinin icarəsi xeyli artıb və çoxsaylı mobil tətbiqlər fəaliyyətə başlayıb. İstənilən şəxs küçədə mobil tətbiq vasitəsilə skuter icarəyə götürərək istədiyi ünvana gedə bilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90