Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq – RƏSMİ

Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq – RƏSMİbackend

Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov “Pensiya təyinatı və hesablanma qaydaları”na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır:

“Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq, pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki