Fransa Burkina Fasonun 2 fransız jurnalisti deportasiya etməsinə reaksiya verib. Deportasiya qərarından sonra fransız jurnalistlər Faivre və Douce dünən Fransanın paytaxtı Parisə qayıdıblar.
Busaat.az xəbər verir ki, Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, Fransanın Burkina Faso France 24 televiziyasının yayımını dayandırmasından bir neçə gün sonra Le Monde və Liberation müxbirlərinin ölkədən çıxarılmasından təəssüfləndiyini bildirib.
“Fransa mətbuat azadlığına və bütün dünyada jurnalistlərin qorunmasına davamlı və qətiyyətli sadiqliyini bir daha təsdiqləyir”, – bəyanatda deyilir.
Digər tərəfdən, Le Monde Vaqadugu rəhbərliyinin bu qərarının, aralarında Burkina Faso əsgərinin də olduğu bir qrupun hərbi düşərgədə uşağı öldürdüyü iddiası ilə bağlı xəbərlə əlaqəli olduğunu iddia edib.
Burkina Faso Milli Təhlükəsizlik Xidməti martın 31-də Courrier International və Liberation-in əməkdaşı Agnes Faivre və Le Monde müxbiri Sofi Douce zəng edərək, akkreditasiya və press-kartlarının ləğv edildiyini bildirərək, iki jurnalistdən xahiş edib ki, 24 saat ərzində ölkəni tərk etsinlər.
Deportasiya qərarından sonra fransız jurnalistlər Faivre və Douce dünən Fransanın paytaxtı Parisə qayıdıblar. Burkina Faso martın 27-də “Əl-Qaidə” terror təşkilatına bağlı qruplaşmanın lideri ilə müsahibə aldığı üçün Fransanın “France 24” televiziyasının yayımını dayandırıb. Hökumət “France 24” telekanalının terror qruplaşmasının lideri ilə müsahibə verərək, onların sözçüsü kimi çıxış etdiyini və terrora haqq qazandırdığını açıqlayıb.
Busaat.az