“Bütün proses ədalətli şəkildə həyata keçirilib

image-untitled-design-1backend

“Nümayəndə heyətimiz müşahidə missiyası çərçivəsində təxminən 7 seçki məntəqəsində olub. Seçki başladığı andan bitənə qədər bütün prosesi izləmək imkanımız olub”.

Busaat.az xəbər verir ki, bunu Cənub-Şərqi Asiya Dövlətlərinin Assosiasiyasının (ASEAN) Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Sanya Praseut deyib.

“Heyətimizin müşahidələrinə əsasən, proses çox şəffaf şəkildə baş tutub, seçicilərə qarşı hər hansı zorakılıq, qorxutma halına rast gəlinməyib. Həmçinin heyətimiz səslərin hesablanması prosesində iştirak edib və bu prosesin şəffaf, aydın keçirilməsinə şahidlik edib. Səsvermə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilib və texniki cəhətdən çox səmərəli olub. Seçicilər tərəfindən də dürüstlük müşahidə edildiyini qeyd etmək istəyirəm”.

Onun sözlərinə görə, seçkilər açıq və şəffaf olmaqla, bütün proses ədalətli şəkildə həyata keçirilib: “Şəffaf şəkildə baş tutan proses həm siyasi partiyaların nümayəndələrinə, həm də beynəlxalq müşahidəçilərə sərbəst müşahidə aparmağa imkan verib. Səslərin sayılması prosesi də effektiv metodlardan istifadə edilməklə bir neçə saata tamamlanıb. Seçki prosesi barədə yekun qərarımız ondan ibarətdir ki, seçkilərin demokratik keçirilməsi ilə bağlı bütün cəhətlər təmin edilib. Seçki məntəqələrinə gəldikdə isə, onlar lazımi materiallarla təchiz edilib. Bütün proses insanlara açıq və şəffaf şəkildə nümayiş etdirilib”.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90