Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 774 $▲1.04%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Cahangir Novruzov da zəlzələdən zərər gördü - ailəmiz...

image-696b9472cf2822a8b92031ec0e5cfbd8403602-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə yaşayan və fəaliyyət göstərən çox dəyərli Cahangir Novruzovla əlaqə yaratdım. Vəziyyət hər bir bölgədə gərgindir. Bilirsiniz ki, Cahangir müəllimin yaşadığı ərazidə, Adanada da dağıntılar var”.

Busaat.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu aparıcı Vasif Ayan deyib.

O deyib ki, Cahangir müəllim vəziyyətlə bağlı danışıb, deyib ki, bu gecə də pis şeylər yaşaya bilərik.

“Heç kimə evlərində qalmağa icazə vermirlər. Bu saat biz Adana yaxınlığında bir kəndə gəlmişik. Orda bir yarım qatlı evdir, bir şey tərpənərsə, tez aşağı gedə bilərik. Heç kəsə gecə evdə qalmağa icazə vermirlər, bura toplanmış 5-10 ailə oturacağıq səhərə qədər. Səhər saat 4-ə yaxın zəlzələ çox güclü oldu, təxminən 1 dəqiqə 40 saniyə çəkdi. Bu böyük bir zəlzələdir. Maraş, Nur dağı var, o tərəflərdə oldu. Bizdə hardasa 7.2 – 7.4 oldu, amma çox güclü gəldi. Düzdür, bizim ev daha dayanqlıdır, deyirlər, 9 bal gücündə zəlzələyə dözür. Deyilənə görə, yenə ağır zəlzələ olma ehtimalı ola bilər. Adanada 3-4 bina çöküb, altında nə qədər insanlar… – öldümü, qaldımı, bəlli deyil. Amma səsləri gəlir. Bir də ən dəhşətlisi budur ki, dünən gecə sel kimi yağış yağdı. O insanlar xilas edilsələr də, sətəlcəmdən ölə bilərlər.

Biz pis deyilik, ailəmiz qorxub, nəvəm yanımdadır. Onları sakitləşdirmək lazımdır. İnşallah, Allah kömək olsun hamıya”, – V.Ayan xalq artisti Cahangir Novruzovun sözlərindən sitat gətirib

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99674