“Cənubi Qafqazda, xüsusilə də Zəngəzur dəhlizində avtomobil və dəmir yolu əlaqələrinin qurulması qərarından məmnunuq”.
Busaat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri iclasında çıxış edərkən deyib.
M.Çavuşoğlu Aşqabad Sammitinin çox mühüm bir zamanda keçirildiyini qeyd edib.
O, Asiyanın təkcə istehsal mərkəzi deyil, həm də ən böyük istehlak bazarı kimi yüksəldiyini bildirib.
Nazir BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) Davamlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi olaraq Azərbaycanda İƏT Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı əldə olunan razılaşmanı alqışladıqlarını ifadə edib.