Çavuşoğlu Kuleba ilə Qara dənizdə təhlükəsizlik məsələlərindən danışdı

image-kulebabackend

Ukrayna və Türkiyə xarici işlər nazirləri Dmitri Kuleba və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı Ukrayna XİN başçısı Dmitri Kuleba açıqlayıb.

Onun sözlərinə görə, tərəflər görüş zamanı Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Bu gün danışıqlarımızın əsas mövzularından biri də Qara dənizdə təhlükəsizlik oldu. Qara dənizdə təhlükəsizlik və maraqlar balansının təmin edilməsinin lazım olduğu mövzusunda Mövludla həmfikirik. Qara dəniz istənilən ölkənin aqressiv fəaliyyəti üçün məkan olmamalıdır”, – deyə Kuleba Çavuşoğlu ilə görüşün yekunlarına dair keçirilən brifinqdə deyib.

D.Kuleba qeyd edib ki, Ukrayna və Türkiyə bu məqsədə nail olmaq üçün sıx əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, M.Çavuşoğlu bu gün Ukraynaya iki günlük səfər edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90