Cəmil Həsənlinin qızının intim videolarını kimlər yayıb? – Prezidentə qarşı təxribat, DTX-ya bayram “hədiyyə”si və …

image-thumb600x0-1backend

Öncəliklə qeyd edim ki, Milli Şuranın sədri Cəmil Həsənlinin övladının intim videosunun yayılması qəbuledilməz, ikrah doğuran, heç bir əndazəyə sığmayan, mənəvi və hüquqi baxımdan bağışlanması mümkün olmayan addımdır.

Bu məsələnin üç tərəfi var: mənəvi, hüquqi və siyasi!

Məsələnin mənəvi tərəflərini önə çəkərək hər kəs yazır, danışır, haqlı etiraz edir. Cinayət Məcəlləsinin 156-cı maddəsi isə insanların şəxsi həyatları ilə bağlı video görüntü yaymağı qadağan edir və bu, cinayət hesab olunur. Bu, siyasi baxımdan daha məkrli şəkildə hazırlanmış və konkret hədəflərə hesablanmış addımdır.

Videonun yayılması ilə – birincisi, Prezident İlham Əliyev və onun ailə üzvləri hədəfə gətirildi. İkincisi, bu video 28 mart – təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü DTX-ya bayram “hədiyyə”si edildi.

Heç şübhəsiz, videonu yayan şəxslər bilirdilər ki, C.Həsənli ilk reaksiyasında şəxsən Prezident İ.Əliyevi hədəf seçəcək və bu məsələnin bütün məsuliyyəti birbaşa dövlət başçısının boynuna atılacaq. Biz istəsək də, istəməsək də, tarix olduğu kimi qalacaq: məhz İ.Əliyevin rəhbərliyi altında 44 günlük müharibə başladı və 30 il işğal altında qalan Azərbaycan torpaqları düşmən tapdağından azad edildi.

Cəmil Həsənlinin qızının intim videosunu kimlər, hansı qüvvələr çəkib yaya bilərdi?

Hər hansı bir cinayət baş verirsə, öncə həmin cinayətin xarakterini təhlil etmək lazımdır, dəst-xətti müəyyənləşdirmək əsas şərtdir. Bu əməli kimlər həyata keçirə bilər?

Məlumatlı şəxslər bilirlər ki, intim görüntülər çəkmək, bundan siyasi məqsədlər üçün istifadə etmək Rusiya xüsusi xidmət orqanlarının əsas üsullarından biridir. Hələ SSRİ dövründə təxminən 10 min “cinsi casus” Şərqi Avropa, Paris, London, Amerika və digər ölkələrə “ixrac” edilmişdi. SSRİ-nin varisi Rusiya bu üsuldan bu gün də istifadə edir, “siyasi xarakterli seksual şantaj” Rusiya kəşfiyyatının ən çox istifadə etdiyi metoddur. Amerikalı rejissor Ç.Qrasiya özünün geniş araşdırmasında Rusiyanın cinsiyyətdən siyasətdə necə istifadə etdiyini, SSRİ-nin dağılmasından sonra da bu üsulun hansı şəkildə genişləndiyini faktlarla izah edir.

Mənim ehtimalıma görə, C.Həsənlinin qızının intim videosunun çəkilərək yayılması Rusiya kəşfiyyatının Azərbaycandakı müəyyən qüvvələrlə olan birgə “əl işi”idir.

Məşhur “The Wall Street” jurnalı 2017-ci ildə yazırdı: “Kompromat həmçinin digər ölkələrlə diplomatik konfliktlər zamanı işə yarayan üsul olub. Bunun üçün Rusiyaya ezam olunan Qərb diplomatlarını ilk öncə rusların seks-tələlərindən qaçmağı öyrədirlər”. Rusiya bu üsuldan daxili siyasətdə də geniş istifadə edir, keçmiş baş prokuror Yuri Skuratovun başına gələnləri hər kəs xatırlayır. Eləcə də, ölkələrarası ziddiyyətlərin yaranmasında, investisiya cəlbində, iş adamlarının şantaj edilməsində Rusiya bu üsuldan geniş şəkildə bəhrələnir.

Bəs bu məsələdə “Şimal ayısı”nın marağı nədir?

Rusiya bu işi Azərbaycandakı öz “şifrələnmiş casus”ları vasitəsilə həyata keçirir

Birincisi, Qarabağın dirçəlməsi prosesində və işğaldan azad edilən torpaqlara ciddi kapitalın cəlb olunmasında Qərb layihələrinin qarşısını almaq. İstənilən iş adamı hər hansı ölkəyə sərmayə yatırmaq istəyirsə, ilk olaraq, həmin ölkədəki kriminal durumu araşdırır, orada özünün şəxsi sirrlərinin nə dərəcədə qorunub-qorunmayacağının zəmanət səviyyəsini öyrənir. Şəksiz, məlum videodan Qərbdə iri investisiya sahibləri, hökumətlər xəbərdar olacaq. Rusiya bununla həm Azərbaycan dövlətini şantaj etdi, həm də ölkəmizin imicinə ciddi zərbə vurur. Həmçinin, Qarabağda həyata keçiriləcək layihələrdə öz şirkətlərinin, məhsullarının üstünlüyünü və iqtisadi rıçaqlarını qorumağa çalışır.

İkincisi, beynəlxalq hüquq-müdafiə təşkilatlarını Azərbaycana qarşı yenidən səfərbər etmək, təzyiqləri artırmaqla, özünün ölkəmizdəki siyasi rıçaqlarını gücləndirmək, Azərbaycanı Rusiyaya tərəf daha da yönləndirmək.

Üçüncüsü, Prezident İ.Əliyevi və onun ailə üzvlərinin hədəfə gətirmək, Qərb ölkələrində yaşayan siyasi mühacirləri daha da aqressivləşdirmək və Azərbaycan hakimiyyətini də adekvat addımlar atmaq məcburiyyəti qarşısında buraxmaq. Siyasi mühacirlərin dəstəklədiyi müxalifət rəhbərlərindən birinin ailə üzvünün intim videosunun yayılması onların bütün nəzərlərini və aqressiyasını avtomatik şəkildə dövlət başçısına yönləndirmiş olur.

Dördüncüsü, Azərbaycanda Rusiyaya bağlı “şifrələnmiş casus”ların, dövlət içində “dövlət” qurmağa çalışan böyük məmur korpusunun, özlərinə qonşu dövlətlərdən”çətir” düzəldən siyasi düşərgə üzvlərinin ifşa olunmasında, bəlli şəbəkənin aşkarlanması və zərərsizləşdirilməsində DTX-nın qətiyyətli fəaliyyətini ləkələmək. Məlum video həm də təhülkəsizlik orqanlarının fəaliyyətini ləkələmək üçün onlara ad günü “hədiyyəsi” idi.

Beşincisi, uzun müddətdir mitinq, aksiya keçirməyən müxalifətin bu istiqamətdəki fəaliyyətini sürətləndirmək, Bakı küçələrində 2018-2019-cu illərdəki kimi mitinqlər təşkil etmək.

Altıncısı, Qarabağa yönələn nəzərləri daxilə yönəltmək, bununla da, özünün Qarabağda mənfur niyyətlərini reallaşdırmaq üçün sərbəst hərəkət etmək, nəzərləri daxilə yönəltməklə Azərbaycanda Qarabağla bağlı Rusiyanın addımlarına yönələn ictimai qınağı azaltmaq. Rusiya bununla Azərbaycanı Bakıda siyasi problemlər məngəsində sıxmaq, dövlətin Qarabağda planlaşdırdığı böyük iqtisadi layihələri əngəlləmək istəyir. Eyni zamanda, Dağlıq Qarabağdakı qondarma rejimlə bağlı özünün planlarını icra etmək niyyətini güdür və mümkün qədər 2024-cü ilə qədər bu prosesi yekunlaşdırmaq istəyir.

Yeddincisi, Azərbaycanda yeni siyasi münasibətlər sisteminin formalaşmasını baltalamaq, daxildəki vəziyyəti gərginləşdirmək. Məlumdur ki, ölkədə onlarla siyasi təşkilat hakimiyyətlə dialoq şəraitindədir. AXC-Milli Şura isə bu prosesdən kənardadır. Görünür ki, hakimiyyətlə bu müxalif qurumlar arasındakı münasibətlərin gələcəkdə də baş tutmaması üçün bütün körpülər yandırılır. Həmçinin, praktiki olaraq, heç bir təsir gücü qalmayan, uzun müddətdir mitinqlər keçirə bilməyən, müharibədən sonra isə fəaliyyəti tamamilə iflic olan bu qurumları aqressivləşdirmək, aktivləşdirmək əsas planlardan biridir.

Bir vacib məqamı unutmaq olmaz: Eldar Mahmudovun yarıtmaz fəaliyyəti ucbatından MTN ləğv edildi, yeni qurum yaradıldı. Ardınca informasiyalar yayıldı ki, E.Mahmudovda 2800 seks videosu var. Rusiya kəşfiyyatı bu məsələ ilə bağlı zaman-zaman gündəmə gətirilən E.Mahmudovun “seks bankı”na baş vura bilməzdimi? Bu gün ölkədə Rusiyaya bağlı şəbəkə halını almış çox ciddi qüvvələr var, görünür, Azərbaycanın hazırkı mövqe onları hərəkətə gətirib.

Xüsusi qeyd: Hamımız videonun yayılmasını qınayırıq, bu addımı atmaq əsl rəzillikdir. Amma… Azərbaycanın mental, oturuşmuş əxlaqi, ailə dəyərləri var. Ölkənin “prezidenti” olmaq istəyən, buna iddialı olan, məmur övladlarını əxlaqsızlıqda suçlayan bir şəxsin ailə üzvləri nümunəvi olmalı idilər.

Cəmil müəllim bilməlidir ki, “Qızımın intim həyatı özü üçündür” demək Azərbaycan kişi obrazını ayaq altına atıb tapdalamaqdır və bu ifadə onu mənəvi məsuliyyətdən, cəmiyyət qarşısındakı qınaqdan azad eləmir. “Mən müxalifətçiyəm və hansı addımı atsam, ailə üzvlərim nə etsə, günahkar deyiləm, məni Avropa və bütün müxalifət müdafiə edəcək” düşüncəsi də eyni həcmdə rəzillikdir.

Atası büdcədən pul oğurlayan qudurğan məmur balası hansı əxlaqdadırsa, 38 yaşlı bir qadının da pul müqabilində bu “iş”ə getməsi eyni dərəcədə əxlaqsızlıqdır. Əgər bu “iş”i görən qadın C.Həsənlinin qızı olmasa idi, onu əsl adı ilə çağıracaqdıq. Yaxud bir məmur qızının belə bir videosu yayılsa idi, onu öz adı ilə səsləyəcəkdik, siyasi mühacirlərin rəngli efirlərindən də yayımlanacaqdı, bütün hakimiyyət söyüləcəkdi. Nədir, müxalifətçi olmaq insanı hər şeyi öz adı ilə çağrmaqdan xilas edirmi!?

Ötən il gənclikdə azyaşlı uşağın velosipedini oğurlayıb qaçan cavan oğlanı polislər qaçarkən saxladılar, onu maşına əyləşdirib aparmaq istəyərkən, qışqırdı ki, “istefa”! Hakimiyyətdə söymədiyi adam qalmadı. Və gənc, təcrübəsiz serjantar qorxularından onu buraxdılar. İndi sual olunur: “İstefa” qışqırmaq bu cavan oğlanı etdiyi oğurluğun məsuliyyətindən azad edirmi? Xeyr! Odur ki, məntiqli olaq! C.Həsənlinin övladı ilə bağlı bu məsələ hamını incidir, amma oğru elə qışqırmamalıdır ki, doğruların ürəyi partlasın.

Onu da qeyd edim ki, Rusiyanın intim videolarlarla bağlı “əməliyyat”ları indiyə qədər Avropada xeyli sayda istefalara səbəb olub.

Və ən nəhayət, Rusiya bu dəfə də mürəkkəb və “mükəmməl” oynadı…

Samir FEYRUZOV, Azsiyasət.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90