Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı – Yenilənib

image-157067_pkm8anaxhbbackend

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi texniki səhv səbəbindən təkrarlanıb.

Busaat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş tədbirdə bu mərhələnin cütlükləri müəyyənləşib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

“Zaltsburq” (Avstriya) – “Bavariya” (Almaniya)

“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)

“Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland)

“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)

“Atletiko” (Madrid, İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

“Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya)

“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)

PSJ (Fransa) – “Real” (İspaniya)

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15 – 16 və 22 – 23 fevralda, cavab qarşılaşmaları 8 – 9 və 15 – 16 martda oynanılacaq.

Xatırladaq ki, , bugünkü püşkatmanın təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv saldığı üçün püşk təkrarlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki