Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreya lideri Kimin Rusiyaya səfər edəcəyinə inanır

image-cenubi-koreya-respublikasibackend

Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi Şimali Koreya lideri Kim Çen İnin Rusiyaya səfər edə biləcəyinə inanır.

Busaat.az TASS-a istnadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın milli müdafiə naziri Li Con Sop bildirib.

“Müdafiə Nazirliyi Kim Çen İnin Rusiyaya səfərinin mümkünlüyünü qiymətləndirir. Səfər baş tutsa, Rusiya prezidenti Vladimir Putinlə sammitin keçirildiyini qiymətləndiririk”, – nazir deyib.

“The New York Times” daha əvvəl ABŞ rəsmiləri və onların müttəfiqləri arasında olan mənbələrə istinadən yazıb ki, Şimali Koreya lideri sentyabrda Rusiyaya səfər etməyi planlaşdırır. Qəzetin yazdığına görə, Kim sentyabrın ortalarında Rusiyanın Uzaq Şərqində Vladivostokda Putinlə görüşə bilər. Mənbə Kimin Moskvaya və “Vostochnı” kosmodromuna səfər edə biləcəyini də bildirib.

Sentyabrda Kremlin sözçüsü Dmitri Peskov belə bir sammit üçün hazırlıqların aparıldığını təsdiq edə biləcəyi ilə bağlı suala belə cavab verib: “Sizə deyəcək heç nəyim yoxdur”.

Qeyd edək ki, Putin və Kim sonuncu dəfə  2019-cu ilin aprelində Vladivostokda görüşüblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki