Polşanın Cənubi Koreyadan sifariş etdiyi “K239 Chunmoo” reaktiv raket sistemlərinin birincisi Avropa ölkəsinə gəlib.
Busaat.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.
“Koreya istehsalı olan ilk “K239 Chunmoo” raket sistemi bu yaxınlarda Polşaya çatdırılıb. Sistem Polşanın Jelcz yük maşınına quraşdırılıb. Bu MLRS-lərin daha çoxu bu ilin sonunda bizə çatdırılacaq”, – o, X sosial şəbəkəsində bildirib.
Varşava və Seul keçən il 980 K2 tankı, 648 K9 haubitsa, 48 FA-50 yüngül döyüş təyyarəsi və “288 K239 Chunmoo” reaktiv raket sistemlərinin tədarükü haqqında razılığa gəliblər. Müqavilənin ümumi dəyəri 12,4 milyard dollardır.
Polşa dekabrda tank və haubitsaları tədarük etməyə başladı və ilk təyyarələr bu yay gəldi.