Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 005 $▼1.79%
  • Ethereum1 896 $▼1.61%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Polşa Slovakiya sərhədindən keçən avtomobilləri yoxlamağa başladı

image-polsa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Polşa Slovakiya sərhədindən gələn avtomobillərin yoxlanışına başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski X sosial media hesabından məlumat yayıb.

O, açıqlamada Balkan marşrutu üzrə miqrasiya təzyiqinin artdığını bildirib.

“Sərhədçilər Polşa-Slovakiya sərhədində bu istiqamətdən gələn qeyri-qanuni mühacirləri daşıma ehtimalı olan avtobus və digər nəqliyyat vasitələrini yoxlamağa başlayıb”, – Kaminski qeyd edib.

Polşanın baş naziri Mateuş Moravyeçki son açıqlamasında, “Daxili İşlər Nazirinə Polşa-Slovakiya sərhədində mikroavtobuslar, pikaplar, sərnişin maşınları və qeyri-qanuni mühacirləri daşımaqda şübhəli bilinən avtobuslar da daxil olmaqla, sərhəd nəzarətinə başlamağı tapşırmışam” deyib.

Ötən ilin oktyabrında Polşa Belarus sərhədində tikanlı məftillərlə örtülmüş beş metrlik polad hasardan ibarət 186 kilometrlik sədd çəkib. Burada minlərlə mühacirin Polşa ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün bu ölkədən miqrasiya təzyiqi artıb.

Bundan əlavə, iyun ayında Polşa-Belarus sərhəd divarına kameralar, termal görmə nəzarəti avadanlığı və sensorlardan ibarət elektron maneə əlavə edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123240