Cevdet Yılmaz prezident vəzifəsini icra edəcək

image-14backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstan və Azərbaycana səfərləri ilə əlaqədar prezident səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək.

Busaat.az “Sabah”a istinadən xəbər verir ki, Cevdet Yılmazın prezident vəzifəsini icra etməsi ilə bağlı memorandum imzalanıb.

Memoranduma əsasən, prezident Ərdoğan 3-4 iyulda Qazaxıstana, 6 iyulda isə Azərbaycana səfər edəcək.  Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq, Ərdoğan ölkəyə qayıdana qədər vitse-prezident Cevdet Yılmaz prezident səlahiyyətlərini icra edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki