Çexiya millisi Avro-2020-nin 1/4 final mərhələsində Danimarka ilə Bakıda keçirəcəkləri oyun üçün Azərbaycana yola düşüb.
Busaat.az xəbər verir ki, komandanın axşam saatlarında Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcəyi gözlənilir. Yaroslav Şilqavının baş məşqçi olduğu yığma “Hilton” otelində qalacaq. Növbəti gün isə milli Bakı Olimpiya Stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya – Danimarka oyunu 20:00-da başlayacaq.