Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 179 $▼1.53%
  • Ethereum1 907 $▼1.04%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Jana Cernoçova: "Çexiya Ukraynaya döyüş helikopterlərinin bir qismini göndərəcək"

image-cexiya
Çexiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çexiya yaxın gələcəkdə Ukraynaya döyüş helikopterlərinin bir partiyasını göndərməyi planlaşdırır və o, həmçinin ukraynalı pilotların F-16 təyyarələrinin istifadəsi üzrə təlimlərində iştirak edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Jana Cernoçova bildirib.

“Hazırda biz Kiyevə daha çox döyüş helikopteri göndərməyi planlaşdırırıq, həmçinin F-16 təyyarələrində və ola bilsin ki, digər avadanlıqlarda ukraynalı pilotlara təlim keçmək yollarını nəzərdən keçiririk”, – deyə nazir söyləyib.

O, Praqanın Ukraynaya təhvil verməyi planlaşdırdığı helikopterlərin dəqiq sayını açıqlamayıb.

Bundan əvvəl Çexiya ABŞ ilə 12 Bell çoxməqsədli döyüş helikopterinin tədarükü ilə bağlı müqavilə imzalamışdı. Bu müqavilə Çexiya Silahlı Qüvvələrinə təxminən 793 milyon dollara başa gəlib. Çexiya mediası yazıb ki, ABŞ istehsalı olan vertolyotlar gətirildikdən sonra Praqa Ukraynaya Rusiya istehsalı olan 15 Mi-24V helikopteri göndərə biləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120008