Ceyhun Bayramov Rusiya diplomatları ilə geniş görüş keçirib

image-6841b7d4771d76841b7d4771d817491373636841b7d4771d36841b7d4771d5backend

İyunun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Busaat.az APA.az-a istinadən xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya münasibətlərinin inkişafında intensiv qarşılıqlı səfər və təmasların rolunun əhəmiyyətini vurğulayıb.

Görüş iştirakçıları qəbula görə təşəkkür edib və ölkəmizin xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.

image-6841b7d3bb7cb6841b7d3bb7cc17491373636841b7d3bb7c96841b7d3bb7ca

image-6841b7d53653e6841b7d53653f17491373636841b7d53653a6841b7d53653c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki