Məzmuna keç
  • Brent neft90.72 $▼0.78%
  • WTI neft85.40 $▼0.32%
  • Avropa qazı (TTF)83.24 €▲1.11%
  • Təbii qaz (ABŞ)3.268 $▲1.71%
  • Qızıl4 082 $▼1.05%
  • Gümüş52.32 $▼1.75%
  • Pambıq82.47 ¢▲4.71%
  • Buğda589.50 ¢▲0.13%
  • Bitcoin74 241 $▼1.35%
  • Ethereum2 090 $▼2.01%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Ceyhun Bayramovla Xaled El-Enani arasında telefon danışığı olub

image-bcxndce22fl2xefzvebjpvpdpbvgxx670udzo42x_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni seçilmiş Baş katibi Xaled El-Enani arasında telefon danışığı aparılıb.

Bu barədə Busaat.az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, nazir qarşı tərəfi UNESCO-nun Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hazır olduqlarını bildiriblər. Azərbaycanın çoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəki rolu vurğulanıb. Bu çərçivədə Azərbaycanın təşəbbüsləri və UNESCO üzrə planlar müzakirə olunub.

UNESCO Baş katibinin təşkilata etimadın artırılması və fəaliyyətinin siyasiləşdirilməməsi istiqamətində səylərinin əhəmiyyəti vurğulanıb.

Nazir həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və Baş katibi bu tədbirlərdə iştiraka dəvət edib.

C.Bayramov daha sonra tarixi Vaşinqton görüşü və postmünaqişə dövründə görülən işlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178231