Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.68 $▲1.02%
  • WTI neft85.16 $▲0.18%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 805 $▼1.85%
  • Gümüş46.37 $▼2.36%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.75 ¢▲1.38%
  • Bitcoin64 386 $▼0.75%
  • Ethereum1 804 $▼1.05%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

Ceyhun Rzayev intihar edəcəyini açıqladı - Yenilənib

image-ceyhun-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ATV-də yayımlanan “Futbolumuz” verilişinin aparıcısı Ceyhun Rzayev intihar edəcəyini elan edib.

Busaat.az xəbər verir ki, tanınmış idman jurnalisti ailə münaqişəsi səbəbindən həyatına son qoyacağını deyib: “Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər.

İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər”.

C.Rzayev ünvan olaraq Nəsimi rayonu, Kaveroçkin küçəsi 8 ünvanındakı binanı göstərib.
Artıq hadisə yerinə polis əməkdaşları və xilasedicilər gəlib.

***

Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev telejurnalist Ceyhun Rzayevin intihar anonsu ilə bağlı açıqlama verib.

“Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib. O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir”, – DİN rəsmisi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ceyhun Rzayev “Qafqazinfo” vasitəsilə müraciət yaymışdı. O, valideynləri tərəfindən yaşadığı evdən çıxarıldığını və mülkiyyət hüququnun pozulduğunu bildirmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111826