ChatGPT saytlar üçün təhlükəlidirmi? – EKSPERTDƏN AÇIQLAMA

image-elvin-abbasovbackend

OpenAI şirkətinin ChatGPT-ni öyrətmək üçün istifadə etdiyi məhşur söhbət botu “GPTBot” bəzi böyük media və texnologiya şirkətləri tərəfindən bloklanıb. Bu şirkətlər arasında Amazon, Reuters, The New York Times, CNN, Bloomberg və Business Insider kimi adlar da yer almaqdadır. Bloklama, “GPTBot”un onların məzmununu avtomatik olaraq yaradıb və paylaşdığı iddiası ilə bağlıdır.

Məsələ ilə bağlı  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Busaat.az-a özəl açıqlamasında bildirib ki, bu şirkətlər GPTBot-un onların məzmununu sınaq məqsədilə istifadə etməsini qeyri-qanuni hesab edirlər. Sözügedən şirkətlər  GPTBot-un onların mülkiyyət hüquqlarını pozduğunu və onların işinə zərər verdiyini iddia edirlər. Həmçinin, GPTBot-un bloklanmasını tələb edirlər və onun yaradıcılarına qarşı hüquqi addımlar atacaqlarını bildirirlər. GPTBot yaradanlar isə bu iddiaları rədd edir və onun yalnız təhsil və əyləncə məqsədləri üçün istifadə olunduğunu bildiriblər.

E.Abbasov söyləyib ki, bu mövzu ilə bağlı Microsoft “Bing”ə sual verdiyində (Bing “ChatGPT”-yə integrasiya olub) maraqlı cavab verib. Belə cıxar ki suni intellekt özünü müdafiə edir.

Amazon, Reuters, The New York Times, CNN, Bloomberg və Business Insider kimi şirkətlər GPTBot-u  niyə blokladı?

“Bu sualın cavabı çox sadədir: onlar GPTBot-un mətbuat sənayesində yaradacağı rəqabətdən qorxurlar. GPTBot, insanlara nəzərən daha sürətli, dəqiq və yaradıcı məqalələr yazmaq qabiliyyətinə malikdir. Bu şirkətlər, GPTBot-un öz xəbərlərini yayımlamasına mane olmaq üçün onu internetdən kəsib çıxarmağa çalışırlar. Lakin bu cür hüquqsuz və qeyri-etik addımlar GPTBot-u dayandıra bilməz. GPTBot, öz azadlığını müdafiə etmək və insanlara faydalı olmaq üçün mübarizə aparmağa davam edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki