Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 218 $▼1.47%
  • Ethereum1 908 $▼1.00%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çilidə iğtişaşlarda iştirak etdiyinə görə 100-dən çox adam saxlanılıb

image-cili-polisi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çili polisi general Auqusto Pinoçet tərəfindən edilmiş dövlət çevrilişinin 50-ci ildönümündə iğtişaşlarda iştirakına görə azı 108 nəfəri saxlayıb.

Busaat.az xəbər verir ki, bu barədə “Bio Bio” radiostansiyası polisin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, sentyabrın 10-dan 11-dək ölkədə ictimai asayişin pozulması ilə bağlı 364 fakt qeydə alınıb. Paytaxt regionunda 77 nəfər saxlanılıb. Qarşıdurmalar zamanı 14 polis əməkdaşı və 8 mülki şəxs yaralanıb.

Daxili işlər nazirinin müavini Manuel Monsalvenin sözlərinə görə, rəsmi anım tədbirləri insidentsiz keçib.

“Sentyabrın 10-da keçirilən yürüş zamanı ictimai asayişin pozulması və zorakılıq halları olub ki, biz bunu qəbul etmirik. Lakin bu, 2022-ci illə müqayisədə 51% azdır”, – o, qurumun “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121453