Çilinin cənubunda qatarın avtobusu vurması nəticəsində azı 7 nəfər ölüb.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin “BioBio” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, avtobusda 17 nəfər olub. Nəqliyyat vasitəsi Koroneldən San-Pedro-de-la-Pas istiqamətində hərəkət edirdi.
Ölkədəki dəmiryol daşımaları operatoru olan EFE şirkəti bildirib ki, hadisə zamanı avtomobil keçidindəki maneədə nasazlıq olmayıb. Avtobusun sürücüsü saxlanılıb.






