Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft109.88 $▼0.07%
  • WTI neft100.55 $▼0.29%
  • Avropa qazı (TTF)103.19 €▲5.83%
  • Təbii qaz (ABŞ)2.926 $▲0.86%
  • Qızıl3 924 $▲0.33%
  • Gümüş50.50 $▲0.83%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.00 ¢▲0.12%
  • Bitcoin78 234 $▲0.01%
  • Ethereum2 288 $▲0.71%
  • S&P 5007 580▼1.83%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Dünya

Çin Astana formatı çərçivəsində əməkdaşlığa hazırdır

image-df14325fc7db1f034ca0b889717ebb06
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çin Suriya böhranının həllinə və Suriyada sülh və sabitliyə nail olmaq üçün Astana formatı ölkələri ilə əməkdaşlığa hazırdır.

Busaat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq məlumat yayıb.

“Astana formatı fəaliyyətə başladığı gündən Suriyada böhranın deeskalasiyası və hərbi əməliyyatların dayandırılması səylərinin əlaqələndirilməsində konstruktiv rol oynayır. Çin bu formata böyük əhəmiyyət verir və sülhün bərpası üçün formatın bütün iştirakçıları ilə işləməyə hazırdır” – deyə, sözçü bildirib.

Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev noyabrın 23-də mətbuat konfransında bildirib ki, Suriya üzrə Astana formatında keçirilən 19-cu beynəlxalq görüşün nəticələrinə görə Rusiya Çinin bu səylərdə müşahidəçi qismində iştirakının faydalı olacağına əmindir.

O əlavə edib ki, Türkiyə tərəfi hələ də bunun faydalı olub olmayacağını araşdırır.

Qeyd edək ki, Suriyada sülh prosesinin təşəbbüskarı olan Astana formatının tərəfləriTürkiyə, Rusiya və İrandır. Bu formatda danışıqlar 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanada başlayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91782