Çin FBİ-dən ABŞ məlumatlarını oğurlayıb? – TikTok istifadə edilir

image-22_57c56e0cbackend

Çin digər ölkələrin birlikdə oğurladığından daha çox ABŞ məlumatını oğurlayıb.

Busaat.az xəbər verir ki, bunu ABŞ Federal Təhqiqat Bürosunun (FBİ) direktoru Kristofer Wray iddia edib.

FBİ direktoru Kristofer Wray Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin qlobal təhdidlər sessiyasında bildirib ki, Çin sosial media platforması TikTok və onun tərtibatçısı ByteDance məlumatların oğurlanması ilə bağlı böyük “narahatlığa” səbəb olub.

Çinin milyonlarla istifadəçinin məlumatlarını idarə etmək üçün TikTok kimi platformalardan istifadə edə biləcəyini deyən Wray FTB-nin TikTok-la bağlı “milli təhlükəsizlik narahatlıqları” olduğuna diqqət çəkib.

“Çin hökumətinin milyonlarla istifadəçidən məlumat toplamaq, təsir alqoritmi yaratmaq və ya milyonlarla istifadəçinin proqram təminatına nəzarət etmək üçün TikTok-dan istifadə etməsi ehtimalı var” – deyə, FBİ direktoru deyib.

Bəzi hökumət rəsmiləri və Konqres üzvləri də TikTok-un Amerikadakı istifadəçi məlumatlarını Pekin administrasiyasından qoruyacağına şübhə etdiklərini bildiriblər.

TikTok tərəfindən verilən açıqlamada şirkətin ABŞ-ın milli təhlükəsizliklə bağlı narahatlıqlarını qarşılamağa çalışıldığı qeyd edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90