“Cinayətlərin 99 faizi açılıb” – Xanlar Vəliyev

image-xanlar-veliyevbackend

Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin 1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü ilə bağlı məqaləsi yayımlanıb.

Busaat.az xəbər verir ki, X.Vəliyevin “Xalq” qəzetində dərc edilən məqaləsində qeyd edilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması, fərarilik cinayətinin isə demək olar ki, kökünün kəsilməsi ilə nəticələnib:

“Bu uğurlu tendensiya davam edir. Misal üçün, 2020-ci ilin 8 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 26,7 %, qulluğa səhlənkar yanaşma cinayətləri 11,1 %,  tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 53,2 % və Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 48,3 % azalıb”.

Xanlar Vəliyev qeyd edib ki, ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99%-i açılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90