Çində minlərlə insana COVID-19 peyvəndi vuruldu

Çində minlərlə insana COVID-19 peyvəndi vuruldubackend

Çinin “Sinovac Biotech” dərman şirkəti 3 min işçi və onların ailə üzvlərinə COVID-19 peyvəndi vurdurub.

Busaat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Pieçenq Liu bildirib.

Onun sözlərinə görə, könüllülük prinsipi əsasında 3 min nəfərə peyvənd təklif edilib və onların hamısı qəbul olunub. Mətbuat katibi “CoronaVac” adlı peyvəndin kliniki sınaq mərhələsinin hələ də davam etdiyini xatırladıb.

Şirkətin baş katibi Veidonq Yin isə istehsal etdikləri peyvəndin qlobal bazara daxil olmasının son test mərhələsindən əldə ediləcək nəticələrdən asılı olduğunu söyləyib.

Peyvəndin təsdiq olunması ilin sonuna proqnozlaşdırılır. Qiyməti ilə bağlı isə hər hansı məlumat yoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90