Əhalinin azalması problemini həll etməyə çalışan Çin maliyyə stimulları ilə çıxış yolu axtarır.
Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün yayda üç uşağa icazə verən qanun dəyişikliyini qəbul edən Çin, son vaxtlar yerli hökumətlərə səlahiyyət verib və onlardan öz imkanlarına uyğun olaraq problemin həllini inkişaf etdirmələrini gözləyir.
Əhalisini artırmaq üçün hərəkətə keçən Jilin əyaləti, uşaqları olan evli cütlüklərə 200 min yuan (təxminən 31 min dollar) kredit veriləcəyini açıqlayıb.
İki və ya üç uşaq sahibi olan cütlüklərin maddi təşviqlər çərçivəsində kiçik şirkət qurduqları təqdirdə bəzi güzəştlərdən və əlavə dəyər vergisindən azad ediləcəyi də bildirilir.