Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edildi

image-1701770424_1701768769160469282_1200x630backend

Müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib.

Azərbaycan Dəmir Yollarından (ADY) Busaat.az-a bildirilib ki, Siandan yola salınan qatar artıq Bakı limanına çatıb.

Çindən ölkəmizə ümumikdə 110 TEU yük – elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb. Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə, Xian Free Trade Port Construction and Operation, KTZ Express və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

“ADY Konteyner” MMC yeni blok qatarların təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki