Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik – Tokayev

image-14backend

Qazaxıstanın Çinlə münasibətləri dərinləşdirmək üçün iddialı planları var.

Busaat.az xəbər verir ki, bunu Qazaxıstanın prezidenti Qasım-Comərd Tokayev Sinxua xəbər agentliyinə müsahibəsində bildirib.

Tokayevin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın yüksək tempini nəzərə alsaq, ikitərəfli ticarətin həcmini 100 milyard dollar səviyyəsinə çatdırmaq məqsədə çatmaq olar:

“Koronavirus pandemiyasından sonra qısa müddət ərzində biz nəinki əlaqələrimizi bərpa edə bildik, həm də onları bütün sahələrdə səmərəli əməkdaşlığın daha yüksək səviyyəsinə qaldıra bildik”, – deyə Qazaxıstan lideri vurğulayıb.

Prezident daha sonra deyib ki, Qazaxıstan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir və milli strategiyalarımızı daha da uyğunlaşdırmaq səylərində fəal iştirak etməyə hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki