Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

ÇL-də 1/8 finalın bütün iştirakçıları bəlli oldu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Busaat.az xəbər verir ki, mərhələnin son günündə VI turun 9 oyunu keçirilib.

Bir gün öncə yarımçıq qalan PSJ – “Başakşəhər” matçında böyükhesablı nəticə qeydə alınıb. Turnir cədvəli baxımından əhəmiyyətsiz qarşılaşmada fransalılar 5:1 hesablı ev qələbəsinə sevinib.

D qrupunun qalibi olan “Liverpul” özü üçün formal xarakterli görüşdə “Midtülland”la heç-heçə oynayıb. “Ayaks” üzərində 1:0 hesablı qələbə qazanan “Atalanta” 1/8 finala yüksəlib. Niderlandlılar isə yoluna Avropa Liqasında davam edəcək.

Ötən mövsümün qalibi “Bavariya” A qrupunda növbəti qələbəsini “Lokomotiv” üzərində qazanıb. “Atletiko” səfərdə “Zalsburq”u məğlub etməklə qrup ikincisi olub. Avropa Liqasına vəsiqəni avstriyalılar qazanıb.

B qrupunda “Real” Monhenqladbax “Borussiya”sı üzərində qələbə ilə 1-ci yeri tutub. “İnter”lə “Şaxtyor”un heç-heçə etməsi Almaniya təmsilçisini də 1/8 finala daşıyıb. Ukrayna klubu isə Avropa Liqasında oynayacaq.

C qrupunda liderlər turu qələbə ilə başa vurub. “Mançester Siti” “Marsel”ə, “Porto” “Olimpiakos”a qalib gəlib. Sonuncular 3-cü yerin sahibi kimi Avropa Liqasında oynamalı olacaq.

Qeyd edək ki, daha öncə “Bavariya”, “Mançester Siti”, “Porto”, “Liverpul”, “Çelsi”, “Sevilya”, “Borussiya” D, “Barselona”, “Yuventus”, “Leypsiq”, PSJ və “Latsio” 1/8 finala, “Krasnodar”, “Mançester Yunayted”, “Brügge” və “Dinamo” (Kiyev) Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur

9 dekabr
H qrupu
21:55. PSJ (Fransa) – “Başakşəhər” (Türkiyə) – 5:1
Neymar, 21, 38, 50, Mbappe, 42 (pen.), 62 – Topal, 57

D qrupu
21:55. “Midtülland” (Danimarka) – “Liverpul” (İngiltərə) – 1:1
Şols, 62 (pen.) – Salah, 1
21:55. “Ayaks” (Niderland) – “Atalanta” (İtaliya) – 0:1
Muriel, 85

A qrupu
00:00. “Bavariya” (Almaniya) – “Lokomotiv” (Rusiya) – 2:0
Zule, 63, Şupo-Motinq, 80
00:00. “Zalsburq” (Avstriya) – “Atletiko” (İspaniya) – 0:2
Ermoso, 39, Karrasko, 86

B qrupu
00:00. “İnter” (İtaliya) – “Şaxtyor” (Ukrayna) – 0:0
00:00. “Real” (İspaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) – 2:0
Benzema, 9, 32

C qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Marsel” (Fransa) – 3:0
Torres, 48, Aquero, 77, Sterlinq, 90
00:00. “Olimpiakos” (Yunanıstan) – “Porto” (Portuqaliya) – 0:2
Otavio, 10 (pen.),Uribe, 77

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=27081