“CNN” Xarkovu Rusiya şəhəri kimi təqdim etdi – Video

image-xarkovbackend

Amerikanın “CNN” telekanalı efirə verdiyi bir süjetdə Ukraynanın Xarkov şəhərini Rusiya şəhəri olaraq təqdim edib.

Busaat.az xəbər verir ki, təqribən 20 saniyə davam edən süjet NATO-nun Baş katibi Yens Stoltenberq ilə müsahibədən əvvəl telekanalın canlı efirində yayımlanıb.

Sözügedən süjet Ukrayna ətrafında vəziyyətin kəskinləşməsinə və Rusiyanın Ukrayna sərhədində həyata keçirdiyi təlimlərə həsr olunub. Süjet boyu ekranın sağ yuxarı küncündə “Xarkov, Rusiya” yazısı görünüb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90