Conatan Misner və Brenda Şaffer Laçının bərpasına valeh olub

image-1backend
image-ad_qayo_720x110px

İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvü Conatan Misner və Demokratiyaların Müdafiəsi Fondunun enerji məsələləri üzrə baş müşaviri, beynəlxalq enerji və xarici siyasət üzrə tanınmış ekspert, professor Brenda Şaffer Laçında olublar.

Səfərin məqsədi işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan bərpa işləri, gələcək prioritetlər və fəaliyyət istiqamətləri ilə tanış olmaqdır.

Qonaqlara rayonda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, onun iqtisadi inkişafı və Azərbaycan iqtisadiyyatına inteqrasiyası planları barədə ətraflı məlumat verilmişdir.

Səfər zamanı nümayəndə heyəti burada tikilən və rayonun iqtisadi inkişafında mühüm rol oynayacaq yeni müəssisələrlə də tanış olub.

Qonaqlar Laçının qısa müddətdə bərpasını yüksək qiymətləndirmişlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki