Consonun yerinə əsas namizəd odur – Uolles də Conson qədər Ukraynanı dəstəkləyir

image-a7a8e80c-cb36-46a8-b5ca-3d4f1b3b984fbackend

Artıq xəbər verildiyi kimi, bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib. O, bu barədə xalqa müraciətində bildirib. Baş nazir qeyd edib ki, yeni lider seçilənə kimi, yəni payıza qədər vəzifəsini icra edəcək.

Mühafizəkarların liderliyi uğrunda mübarizə isə bu yay davam edəcək və oktyabrda yeni Baş nazir partiyanın konfransında seçiləcək. Consonun hələ bir neçə ay Baş nazir vəzifəsini daşıyacağı gözlənilsə də, artılq payızda onu kimin əvəz edəcyi barədə diskusiyalar start götürüb.

Busaat.az AzPolitika.info-ya istinadən  xəbər verir ki, “YouGov”-un keçirdiyi sorğunun nəticələrinə görə Consonun yerinə ən real namizəd hazırkı Müdafiə naziri Ben Uollesdir. Sorğunun nəticələrini dərc edən “Sky News” bildirir ki, Mühafizəkarlar Partiyası üzvlərinin böyük əksəriyyəti məhz Uollesi ən layiqli namizəd hesab edirlər.

O, sorğunun nəticələrinə görə XİN rəhbəti Elizabet Trass da daxil olmaqla, bütün rəqiblərini xeyli üstələyir.

Məlumatda deyilir ki, Uolles son ana qədər Consona dəstəyini geri çəkməyib və istefa verməyib. Bununla yanaşı, hazırkı Müdafiə naziri Ukraynaya dəstək məsələsində demək olar Conson qədər birmənalı mövqe tutub.

Ümumiyyətlə isə Ukraynaya hərtərəfli dəstək Böyük Britaniya Krallığının ümumi xarici siyasət kursu olduğundan Baş nazirin kim olmasından asılı olmayaraq, bu kursun davam edəcəyi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki