ABŞ-ın keçmiş prezidenti Corc Buş da demokrat Co Baydeni seçkilərdə qələbə münasibəti ilə təbrik edib.
Busaat.az xəbər verir ki, Buş, eyni zamanda vitse-prezident Kamala Harrisə də təbrikini çatdırıb:
“Mən ABŞ-ın yeni sçeilmiş prezidenti Co Baydenlə danışdım. Ona səmimi təbrikimi çatdırdım. Baxmayaraq ki, bizim siyasi fikir müxtəlifliyimiz var, mən bilirəm ki, Co Bayden ölkəmizə rəhbərlik etmək üçün şans qazanmış layiqli insandır”.
Buş eyni zamanda Baydenin qələbəsi ilə barışmayan Donald Trampın səslərin yenidən hesablanması üçün məhkəməyə müraciət etmək hüququ olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ KİV-i və Co Bayden özü seçkilərdə qələbəni elan etsələr də, Donald Tramp bununla razılaşmır və seçkilərin bitmədiyini deyir.