Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verildi

image-ermenibackend

Daha 106 erməni hərbçinin meyiti Ermənistan tərəfinə təhvil verilib.

Busaat.az erməni KİV-nə istinadən xəbər verir ki, Azərbaycan tərəfi meyitləri Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə təhvil verib.

Bildirilib ki, ikinci Qarabağ müharibəsində həlak olanların meyitlərinin axtarışları davam edir.

Bundan başqa, tərəflərin 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün səy göstərdikləri qeyd olunub.

Qeyd edək ki, atəşkəsin elan olunmasından bəri döyüş bölgəsində 1379 erməni əsgərin meyiti aşkarlanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90