Daha iki qadın güləşçimiz mübarizəyə başlayır – Dünya Kuboku

Daha iki qadın güləşçimiz mübarizəyə başlayır – Dünya Kubokubackend

Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq.

Busaat.az xəbər verir ki, 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gələcək.

65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayacaq. O, moldovalı İrina Rinqaçinin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki