
DÇ-2022: Bürünc medalın sahibi müəyyənləşir
Bu gün DÇ-2022-də bürünc medal uğrunda qarşılaşma oynanılacaq.
Busaat.az xəbər verir ki, matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. “Xəlifə” stadionu keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinalda Xorvatiya Argentinaya (0:3), Mərakeş isə Fransaya uduzub (0:2).
DÇ-2022
Bürünc medal uğrunda oyun
19:00. Xorvatiya – Mərakeş
Baş hakim: Əbdülrəhman Əl-Yassin (Qətər)
“Xəlifə” stadionu.























