DÇ-2022-nin qalibi Argentina oldu

image-0x0-dunya-kupasi-puan-durumu-2022-katar-dunya-kupasi-puan-durumu-tablosu-ile-8-grupta-mac-sonuclari-ve-fikstur-1669450744304backend

Bu gün Qətərdə keçirilən Dünya Çempionatı-2022-nin qalibi Argentina millisi olub.

Busaat.az xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlib.

“Lusail” stadionunda keçirilən və polşalı referi Şimon Marçinyakın idarə etdiyi oyun Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə bərabər bitib. Əlavə 30 dəqiqəlik oyunda da tərəflər hərəyə bir qol vurub və beləcə, qalibi müəyyən etmək üçün oyun penaltilər seriyasında davam etdirilib. Penaltilər seriyasında isə, Argentina 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, həm Fransa, həm də Argentina millisi ikiqat dünya çempionudur. Bu gün penalti seriyasında qələbə qazanan Argentina millisi üçüncü dəfə dünya çempionluğunu rəsmiləşdirib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki