Dəhşətli qəzada maşın ikiyə bölündü – Toylarına bir gün qalmış öldülər + FOTO

image-1685169878_6471a29ec69c26471a29ec69c316851687986471a29ec69c06471a29ec69c1backend

Türkiyədə yol qəzasında 2 nəfər həlak olub.

Busaat.az xəbər verir ki, hadisə Tekirdağın Saray qəsəbəsində baş verib. Məlumata görə, Nurəddin Ağgülün idarə etdiyi “Fiat” markalı avtomobillə yük maşını toqquşub. Zərbənin təsirindən minik maşını iki yerə bölünüb.

Araşdırmalarla minik maşınının salonundan iki nəfərin, 24 yaşlı Burhan Çetin və nişanlısı 22 yaşlı Kardelen Coşkuntunanın meyitləri tapılıb. Məlum olub ki, cütlük alış-veriş üçün getdikləri İstanbuldan qayıdırlarmış. Onların bir gün sonra nikah mərasimi baş tutmalı imiş.

Hadisə zamanı xəsarət alan 2 sürücü isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.(Lent.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki