Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.79 $▲1.14%
  • WTI neft85.08 $▲0.08%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.181 $▲3.05%
  • Qızıl3 797 $▼2.08%
  • Gümüş45.94 $▼3.25%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.50 ¢▲1.17%
  • Bitcoin64 237 $▼0.98%
  • Ethereum1 802 $▼1.17%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Mədəniyyət

Dələduzlar “AzDrama”nın adından istifadə etdi - Zərərçəkənlər var

image-mycollages_-_2023-02-03t131430-649
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib.

Busaat.az xəbər verir ki, müraciətdə deyilir:

“Beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir.

Həmçinin oxuyun: Стали известны новые владельцы “Нахчыван Банка”

Saytın domenində olan “azdram” sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var.

Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur”.

Qeyd olunur ki, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112075