Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 864 $▲1.18%
  • Ethereum1 816 $▲2.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Dilqəm ailəsinə məktub göndərdi: "Hər şeydən xəbərim var"

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kəlbəcər girovu Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

Bu barədə azvision.az-a açıqlamasında girovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, sentyabr ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya üzrə nümayəndələri atasına baş çəkiblər. Onu ərzaqla təmin edib və yazdığı məktubu ailəsinə gətiriblər.
“Həmin məktubda atam müəmmalı məqamlara toxunub. Bildirib ki, hər şeydən xəbəri var, ona görə narahat olmayaq: “Bakı, Yeravan, Rusiya, Goranboy xəbərlərinə qulaq asıram. Hər şeydən xəbərim var. Mənə görə narahat olmayın. Altda qalanın canı çıxsın” .

K. Əsgərov Azərbaycan əsgərlərinin tezliklə atasını azad edəcəyinə inandığını deyib.

“Yaxın zamanlarda şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Kəlbəcərə bayrağımızı sancacağı günü görəcəyik. Ordumuz tarix yazır. Gözəl qələbəmiz münasibəti ilə Ali Baş Komandanı, ordumuzu, xalqımızı təbrik edirəm. Atamın azad ediləcəyi günü gözləyirəm. Əminəm ki, əsgərlərimiz, zabitlərimiz atamın qapısını açacaq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=20350