DİN-dən Seymur Həzinin saxlanılması ilə bağlı AÇIQLAMA

image-bez-nazvaniyabackend

Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin polis əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, AXCP üzvü bu gün “Ana harayı” abidəsini ziyarət edən zaman ona yaxınlaşaraq sual verən blogerə qarşı nalayiq ifadələr işlədib:

“Bundan sonra blogerin müraciəti əsasında Seymur Həzi polis bölməsinə aparılıb. Orada onunla profilaktik söhbət aparıldıqdan sonra izahatı alınaraq sərbəst buraxılıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki