Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.15 $▲0.79%
  • WTI neft86.45 $▲0.91%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.307 $▲2.93%
  • Qızıl4 049 $▼1.84%
  • Gümüş52.19 $▼1.98%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda592.75 ¢▲0.68%
  • Bitcoin73 366 $▼0.45%
  • Ethereum2 053 $▲0.14%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

DİN polisin dini təhqir etməsi iddialarına münasibət bildirib

image-ehsan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sosial şəbəkədə bəzi istifadəçiləri iddia edirlər ki, guya Azərbaycan polisi dinimizi təhqir edib”.

Bu barədə  DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, qeyd olunan iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddən başqa bir şey deyil: “Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib.

Polisin dini təhqir etməsi barədə bugünlərdə yayılan böhtan xarakterli şaiyələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir. Lakin onlar bu dəfə müqəddəs dinimizi də öz çirkin niyyətlərinə alət etməyi hədəf götürüblər. Amma bilməlidirlər ki, Azərbaycan polisi bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs islam dininə, milli dəyərlərinə böyük hörmət və sayğı ilə yanaşırlar. Bu cür kampaniyaların müəllifləri, ilhamvericiləri birdəfəlik bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər”.

“Polis əməkdaşları hər zaman olduğu kimi bundan sonra da öz müqəddəs peşələrinə sadiqdirlər və heç nədən çəkinmədən xidməti vəzifələrini icra edirlər”, – Xidmət rəisi vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78924